Ana Sayfa > Manşet / Siyasət > Cəmiyyəti İranda baş verən mümkün proseslərə necə hazırlayırıq?

Cəmiyyəti İranda baş verən mümkün proseslərə necə hazırlayırıq?


Bu gün, 12:17. Yazar: azer
Cəmiyyəti İranda baş verən mümkün proseslərə necə hazırlayırıq?

"Biz cəmiyyəti İranda baş verən mümkün proseslərə necə hazırlayırıq? Bütün dünya İranda baş verəcək proseslərə hazırlıqlı şəkildə girmək istəyir".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

"Biz medianı, cəmiyyəti baş verə biləcək hər hansı mümkün proqnozlara alışdırmalıyıq. Hansısa qaçqın və başqa axınların qarşısında necə davrana biləcəyimizi cəmiyyətə müvafiq dövlət qurumlar vasitəsilə izah etməliyik. Vəziyyət olduqca ciddidir. Orada baş verən proseslərin Azərbaycan dövləti üçün ciddi təhlükə yaratması istisna olunmur", - deyə deputat bildirib.
Geri dön