Ana Sayfa > Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Zəfərin varisləri, sabahın qurucuları-

Zəfərin varisləri, sabahın qurucuları-


Bu gün, 12:14. Yazar: sevinc1
Zəfərin varisləri, sabahın qurucuları-

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Tarixin yaddaşında xalqları ucaldan, millətlərin taleyini günəş tək aydınladan ən böyük qüvvə onun gəncliyinin sönməz enerjisi və sarsılmaz vətənpərvərliyidir. Bu gün Azərbaycan gəncliyi sadəcə bir nəsil deyil, dövlətimizin genofondu, müstəqilliyimizin əbədi keşikçisi və milli qürurumuzun zirehidir. 2 Fevral – Azərbaycan Gəncləri Günü təqvimlərin adi bir yarpağı deyil; bu, dövlətin öz gələcəyinə duyduğu sonsuz etimadın, Ulu Öndər Heydər Əliyev ideallarından güc alan və Prezident İlham Əliyevin qətiyyəti ilə Zəfər zirvəsinə yüksələn bir ordunun bayramıdır. Biz bu gün qələmlərimizlə gələcəyin mənzərəsini çəkən, qolları ilə bayrağımızı ucalardan rəşadətli bir gəncliyin şanlı yoluna nəzər salırıq.

Azərbaycanın müasir tarixi gəncliyə verilən dəyərin, onlara duyulan etimadın və bu etimadın şanlı qələbələrə çevrilməsinin bənzərsiz nümunəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayan strateji dövlət siyasəti gəncləri müstəqil Azərbaycanın yaşaması və əbədi olması yolunda səfərbər etmişdir. Ulu Öndərin hələ 1990-cı illərin çətin sınaqları dövründə böyük uzaqgörənliklə formalaşdırdığı bu xətt bu gün Azərbaycanın suverenliyini bərpa edən rəşadətli bir nəslin mənəvi xəritəsinə çevrilmişdir. Dahi şəxsiyyət gəncliyimizi həm fiziki cəhətdən sağlam, həm də milli dəyərlərə, ana dilinə və tarixə sadiq görmək istəyirdi. Bu gün biz qürurla deyə bilərik ki, Azərbaycan gənci Ulu Öndərin arzuladığı o yüksək əxlaqı və bilik səviyyəsini özündə birləşdirən kamil vətəndaş kimi yetişmişdir.



Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti isə bu tarixi irsi müasir dünyanın çağırışları ilə birləşdirərək Azərbaycan gəncliyini qlobal arenada rəqabətədavamlı bir qüvvəyə çevirdi. Dövlət başçısının "Qara qızılın insan kapitalına çevrilməsi" strategiyası gənclərimiz üçün dünyanın ən nüfuzlu təhsil müəssisələrinin qapılarını açdı. Bu gün gənclərimiz təkcə ölkə daxilində deyil, ABŞ-dən Yaponiyaya, Sinqapurdan Braziliyaya qədər 30-dan çox ölkədə elm, innovasiya, süni intellekt və diplomatiya sahələrində Azərbaycanın səsini ucaldırlar. Xüsusilə 2025-ci ilin nəticələri dövlət başçısının gənclərə verdiyi dəstəyin necə böyük bir inkişaf enerjisinə çevrildiyini parlaq rəqəmlərlə sübut edir. Beynəlxalq arenalarda qazanılan 2 mindən çox medal, gənclər evlərində yüz minlərlə gənci əhatə edən layihələr və ən müasir texnologiyaların mənimsənilməsi sahəsindəki rekordlar göstərir ki, Azərbaycan gəncliyi Dördüncü Sənaye İnqilabının liderləri sırasındadır.

Cənab Prezidentin gənclərə olan inamı 44 günlük Vətən müharibəsində və sonrakı quruculuq dövründə özünün ən ali təsdiqini tapdı. Müstəqillik dövründə yetişən, milli ruhla tərbiyə alan gənclərimiz səngərdə düşməni diz çökdürdüyü kimi, bu gün də informasiya cəbhəsində ölkəmizin haqq səsini dünyaya çatdırır, azad edilmiş torpaqlarımızı yenidən qururlar. "Zəfərin 5-ci ili"ndə Xankəndi şəhərində birləşən gənclik həm də Ulu Öndərin vaxtilə çadırlarda doğulan uşaqların öz yurdlarına sahib çıxacağı barədə dediyi müdrik kəlamın canlı şahididir. Bu gün Azərbaycan gənci azad, suveren və sabit bir ölkədə yaşamağın xoşbəxtliyini duyur və dövlətinə maksimum xeyir vermək üçün hər bir platformada fəallıq göstərir. Biz əminik ki, Ulu Öndər Heydər Əliyev yoluna sadiq qalan və Prezident İlham Əliyevin müasir inkişaf kursundan güc alan Azərbaycan gəncliyi müstəqilliyimizi əbədi yaşadacaq, dövlətimizi daha uca zirvələrə daşıyacaqdır.
2 Fevral – Azərbaycan Gəncləri Günümüz mübarək!
Geri dön