Ana Sayfa > Karusel / Təhsil > Məktəblilərin qış tətili bitdi

Məktəblilərin qış tətili bitdi


Bu gün, 09:45. Yazar: sevinc1
Məktəblilərin qış tətili bitdi

Məktəblərdə qış tətili bitib.

aia.az xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025-2026-ci tədris ili üzrə qış tətili başlayıb.

Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.

aia.az
Geri dön