Ana Sayfa > Dünya > Tokayev sabah Pakistana səfər edəcək

Tokayev sabah Pakistana səfər edəcək


Bu gün, 09:37. Yazar: sevinc1
Tokayev sabah Pakistana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfəri edəcək.

aia.az xəbər verir ki, səfər 3-4 fevral tarixlərində baş tutacaq.

"Akorda"nın mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif və ölkə prezidenti Asif Əli Zərdari ilə danışıqlar aparılacaq. Görüşlər zamanı siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

Tokayevin Qazaxıstan-Pakistan biznes forumunun işində iştirakı da gözlənilir.

aia.az
Geri dön