Ana Sayfa > Siyasət > Parlamentin yaz sessiyası bu gün

Parlamentin yaz sessiyası bu gün


Bu gün, 09:25. Yazar: sevinc1
Parlamentin yaz sessiyası bu gün

Bu gündən Milli Məclisin yaz sessiyası fəaliyyətə başlayır.

aia.az-ın məlumatına görə, fevralın 2-də keçiriləcək ilk plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Parlamentin daxili qaydalarına əsasən yaz sessiyası fevralın 1-də açılır və mayın 31-nə qədər davam edir. Əgər fevralın 1-i bayram, istirahət və ya səsvermə keçirilməyən günə təsadüf edərsə, sessiyanın açılışı növbəti ilk iş günündə həyata keçirilir.

İlk iclasda Hesablayıcı Komissiyanın və İntizam Komissiyasının tərkibi müəyyənləşdiriləcək.

Xatırladaq ki, Milli Məclis hər il yanvarın 1-dən 15-nə qədər tətil rejimində olur və deputatlar bu müddətdə məzuniyyətdə sayılır. Yanvarın 15-dən fevralın 1-dək isə parlament komitələrinin iclasları təşkil olunur.

aia.az
Geri dön