Ana Sayfa > Siyasət > Millət vəkilləri Brüsselə gedir
Millət vəkilləri Brüsselə gedir3-03-2017, 17:48. Yazar: admin |
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev və Kamran Bayramov martın 5-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər. Trend-in məlumatına görə, millət vəkilləri Avropa Siyasət Mərkəzi, LİNKS qeyri-hökumət təşkilatının birgə təşəbbüsü və Avronest Parlament Assambleyasının üzvü, Avropa Parlamentində Yaşıllar siyasi qrupunun sədr müavini Heidi Hautalanın ev sahibliyi ilə keçiriləcək dəyirmi masada iştirak edəcəklər. Tədbirdə “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əlaqələri daha yüksək səviyyəyə çatdırmaq” mövzusunda müzakirələr aparılacaq. Milli Məclisin komitə sədri Fuad Muradov toplantının aparıcılarından biri olacaq. Deputatlar Avronest PA və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində bir sıra görüşlər keçirəcəklər. Səfər martın 9-da başa çatacaq. AİA.az Geri dön |