Ana Sayfa > Ölkə > Bu marşrutlar üzrə müasir avtobuslar 50 qəpik gedişhaqqı ilə işləyəcək

Bu marşrutlar üzrə müasir avtobuslar 50 qəpik gedişhaqqı ilə işləyəcək


Dünən, 12:40. Yazar: azer
Bu marşrutlar üzrə müasir avtobuslar 50 qəpik gedişhaqqı ilə işləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

AYNA-dan aia.az-a verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Gedişhaqqı 0,50 AZN müəyyən edilib.
Geri dön