Ana Sayfa > Cəmiyyət > Ermənilər Facebook-da Azərbaycan dilində hərbi səhifə yaratdılar - DİQQƏTLİ OLUN!

Ermənilər Facebook-da Azərbaycan dilində hərbi səhifə yaratdılar - DİQQƏTLİ OLUN!


3-03-2017, 16:55. Yazar: admin
Ermənilər Facebook-da Azərbaycan dilində hərbi səhifə yaratdılar - DİQQƏTLİ OLUN!

Ermənilər Facebook sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaradıblar.

AİA.az azeridefence-yə istinadən xəbər verir ki, "HƏRBİ MEDİA" adlanan səhifədə Azərbaycan dilində Azərbaycan Silahlı Qüvvələrinin əleyhinə təxribat xarakterli informasiyalar paylaşılır.

Erməni hərbi informasiya siyasətinin tərkib hissəsi olaraq meydana çıxan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq və orduya olan inamı azaltmağa xidmət edir.

"HƏRBİ MEDİA" səhifəsi Ermənistanda fəaliyyət göstərən "razm.info" hərbi saytının redaksiyası tərəfindən yaradılıb.

Sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza bu səhifə ilə bağlı diqqətli olmalarını, cəbhə və hərbi məsələlərlə bağlı bu səhifədə heç bir şərh və mesaj yazmamalarını tövsiyə edirik.

AİA.az
Geri dön