Ana Sayfa > İqtisadiyyat > Əhalinin banklardan asılılığı artıb -
Əhalinin banklardan asılılığı artıb -29-01-2026, 12:32. Yazar: sevinc1 |
![]() 2025-ci ildə Azərbaycan banklarının istehlak kreditləri portfeli 9 milyard 354,2 milyon manata çatıb aia.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 909,2 milyon manat və ya 10,8% artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə bankların istehlak kreditləri portfeli 8 milyard 445 milyon manat idi. Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonu (8 milyard 445 milyon manat) ilə müqayisədə artım 909,2 milyon manat (10,8%) təşkil edib. Aylıq müqayisədə isə portfel 35,4 milyon manat (0,4%) böyüyüb. Xatırladaq ki, bankların istehlak kreditləri portfeli ötən ilin dekabrın 1-nə 9 milyard 318,8 milyon manat, 2024-cü ilin sonunda 8 milyard 445 milyon manat təşkil edirdi. aia.az Geri dön |