Ana Sayfa > Manşet / Gündəm > Əhəd Abıyevdən qardaşının ölüm xəbərinə
Əhəd Abıyevdən qardaşının ölüm xəbərinə29-01-2026, 10:41. Yazar: sevinc1 |
![]() Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Nadir Abıyevin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Əhəd Abıyev "Unikal"a açıqlamasında bildirib ki, qardaşı dünyasını dəyişməyib: "Qardaşım Nadir xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyəyə aparmışdıq. Təxminən bir ay orada müalicə aldı. Daha sonra Vətənə qayıtdı. Hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiyadadır. Vəfat etməyib", - deyə o əlavə edib. Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. aia.az Geri dön |