Ana Sayfa > Özəl > DMM iddiları təkzib edib

DMM iddiları təkzib edib


28-01-2026, 21:01. Yazar: sevinc1
DMM  iddiları təkzib edib

Prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Suriyada YPG terrorçularına məxsus pilotsuz təyyarənin uşağa görə marşrutunu dəyişdirdiyi iddiasının dezinformasiya olduğunu açıqladı.
DMM-in sosial media hesabında aşağıdakı açıqlama yayımlanıb:

"Suriyada YPG terrorçularının qucağında uşağı tutan bir şəxsi gördükdən sonra pilotsuz təyyarənin istiqamətini dəyişdiyi iddiaları dezinformasiyadır. Sözügedən görüntülər Suriyada deyil, Rusiya-Ukrayna müharibəsi zamanı qeydə alınıb. Bu görüntüləri YPG terrorçularına aid etmək terrorçu elementləri günahsız kimi göstərmək məqsədi daşıyan manipulyativ taktikadır."

aia.az
Tərcümə şöbəsi
Geri dön