Ana Sayfa > Manşet / Dünya > Ərdoğanla Trampın telefon danışığı oldu -
Ərdoğanla Trampın telefon danışığı oldu -Bu gün, 09:23. Yazar: sevinc1 |
![]() Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. aia.az xəbər verir ki, liderlər telefon danışığı zamanı aşağıdakı məsələləri müzakirə ediblər: 🔹 Söhbət Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Suriyadakı son vəziyyət, Qəzza Sülh Komitəsinin işi, ticarət əlaqələri, xüsusən də müdafiə sənayesində, regional və qlobal inkişafları əhatə edib. 🔹 Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın yaxşılaşdırılması üçün addımlar atmağa davam edəcəklərini bildirib. 🔹 O, bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin ortaq maraqlarına uyğun olduğunu bildirib. 🔹 Ərdoğan Türkiyənin qonşu Suriyada atəşkəs və inteqrasiya sazişinin tam şəkildə həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. 🔹 O, ABŞ və Suriya hökuməti ilə koordinasiyalı şəkildə prosesi yaxından izlədiklərini bildirib. 🔹 Türkiyə dövlət başçısı Qəzza Sülh Komitəsinə işində uğurlar arzulayıb. 🔹Ərdoğan Qəzzada humanitar fəlakətin sona çatması və Qəzzanın yenidən qurulmasının regionda davamlı sülhün yolunu açacağına inandığını bildirib. aia.az Geri dön |