Ana Sayfa > Manşet / Siyasət > Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində səfərdədir27-01-2026, 10:32. Yazar: sevinc1 |
![]() Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir. Bu barədə aia.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş, Federal Milli Şuranın sədr müavini və ADPA-nın Qadın Parlament Forumunun sədri Məryam bin Thaneya, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Sahibə Qafarovanın ADPA-nın Qadın Parlament Forumunun sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. aia.az Geri dön |