Ana Sayfa > Özəl > Yunanıstanda fabrikdə yanğın baş verib

Yunanıstanda fabrikdə yanğın baş verib


26-01-2026, 15:17. Yazar: sevinc1
Yunanıstanda fabrikdə yanğın baş verib

Yunanıstanın Trikala şəhərindəki fabrikdə baş verən partlayışdan sonra yanğın baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub.
Yunanıstan dövlət televiziyası ERT-in məlumatına görə, səhər saatlarında Trikala şəhərindəki bir biskvit fabrikində partlayış baş verib.

Partlayış nəticəsində baş verən yanğına yanğınsöndürənlər müdaxilə edib.

Yanğını söndürdükdən sonra yanğınsöndürənlər fabrikdə dörd nəfərin cəsədini tapıblar. Binada olduğu güman edilən bir nəfərin axtarışı davam edir.

Sağ qalan yeddi nəfər ehtiyat tədbiri olaraq Trikala Dövlət Xəstəxanasına aparılıb.

Sağ qalanların vəziyyətinin yaxşı olduğu bildirilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön