Ana Sayfa > İdman > “Neftçi” “Zirə”yə qarşı
“Neftçi” “Zirə”yə qarşı23-01-2026, 11:36. Yazar: sevinc1 |
![]() Bu gün Misli Premyer Liqasında fasilə başa çatacaq və 17-ci tura start veriləcək. aia.az xəbər verir ki, yeni ildəki ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. “İmişli” Qubada “Araz-Naxçıvan”la qarşılaşacaq. “Neftçi” isə paytaxt derbisində “Zirə” ilə görüşəcək. “Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” oyunları sabah, “Turan Tovuz” – “Sumqayıt” və “Sabah” – “Karvan-Yevlax” oyunları 25 yanvarda keçiriləcək. Misli Premyer Liqası 17-ci tur 23 yanvar “İmişli” – “Araz-Naxçıvan” Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev. Quba OİK stadionu, 14:30. “Neftçi” – “Zirə” Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev. “Palms Sports Arena”, 19:00. aia.az Geri dön |