Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Putin və Obama danışıqlar apardı - FOTO

Putin və Obama danışıqlar apardı - FOTO


29-09-2015, 11:31. Yazar: admin

Suriya və Ukraynadakı münaqişələr müzakirə edilib.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama bazar ertəsi son iki ildə ilk ikitərəfli görüş keçiriblər, görüş zamanı Suriya və Ukraynadakı münaqişələr müzakirə edilib.

Aia.az Ria Novosti-yə istinadən xəbər verir ki, görüşün yekunlarına görə, Putin jurnalistlərin suallarına cavab verib. O, Rusiyanın gələcəkdə də Suriya prezidenti Bəşər Əsədə “İslam Dövləti” yaraqlıları ilə mübarizədə yardım edəcəyi, amma ekstremistlərə qarşı quruda keçirilən hərbi əməliyyatlarda iştirak etməyəcəyi, Rusiya və Amerika hərbçilərinin Suriyada münaqişənin yaranmaması üçün dialoqu bərpa edəcəkləri, ABŞ-ın Ukraynada baş verən münaqişənin həllində rolunun yetərincə fəal olması, “onların Kiyevin arxasında durmaları” barədə danışıb.

BMT-nin Baş Assambleyasının meydanında Nyu-Yorkda aparılan söhbət planlaşdırılmış 50 dəqiqə əvəzinə bir saatdan çox çəkib. Uzanmış söhbət kəskin regional problemlərdə irəliləyişə gətirib çıxarmadı, amma yüksək səviyyədə dialoqun bərpa edilməsi kimi qeydə alındı.






Geri dön