Ana Sayfa > Özəl > Avrozonada dövlət borcu səviyyəsi artıb

Avrozonada dövlət borcu səviyyəsi artıb


Bu gün, 19:42. Yazar: sevinc1
Avrozonada dövlət borcu səviyyəsi artıb

Avro Bölgəsində dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti ötən ilin üçüncü rübündə 88,5 faizə yüksəlib. Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın 2025-ci ilin üçüncü rübü üçün dövlət borcu və büdcə kəsiri ilə bağlı məlumatları açıqlayıb.
Məlumatlara görə, Avrozonada dövlət borcunun ÜDM-ə nisbəti ikinci rübdəki 88,2 faizdən üçüncü rübdə 88,5 faizə yüksəlib.

Aİ-də dövlət borcunun ÜDM-ə nisbəti də ikinci rübdəki 81,9 faizdən üçüncü rübdə 82,1 faizə yüksəlib.

Beləliklə, bu dövrdə ümumi dövlət borcu Avrozonada 13,855 trilyon avroya, Aİ-də isə 15,253 trilyon avroya çatıb.

Aİ üzvü olan dövlətlər arasında ötən ilin üçüncü rübündə Yunanıstanın dövlət borcunun ÜDM-ə nisbəti 149,7 faizlə ən yüksək olub. Onu 137,8 faizlə İtaliya, 117,7 faizlə Fransa, 107,1 faizlə Belçika və 103,2 faizlə İspaniya izləyir.

Sözügedən dövrdə dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələr 22,9% ilə Estoniya, 27,9% ilə Lüksemburq, 28,4% ilə Bolqarıstan və 29,7% ilə Danimarka olub.
Aİ-də büdcə kəsirinin ÜDM-ə nisbəti ikinci rübdə 2,9%-dən üçüncü rübdə 3,2%-ə yüksəlib.

Avrozonada büdcə kəsirinin ÜDM-ə nisbəti də bu dövrdə 2,8%-dən 3,2%-ə yüksəlib.

Aİ ölkələri arasında üçüncü rübdə ən yüksək büdcə kəsirləri Rumıniyada (7,3%), Polşada (5,8%), Belçikada (5,7%), Fransada (5,4%), Avstriyada (4,8%) və Macarıstanda (4,4%) qeydə alınıb.

Aİ qaydalarına görə, normal şəraitdə üzv dövlətlərin dövlət borcu ÜDM-nin 60%-ni, büdcə kəsirləri isə ÜDM-nin 3%-ni keçməməlidir. Bu limitlər aşıldıqda, tədbirlər Aİ Komissiyasına bildirilməli və təsirli tədbirlər görülməlidir.

aia.az
Tərcümə şöbəsi
Geri dön