Ana Sayfa > Siyasət / Manşet > Malena Mard cəbhədə baş verən son hadisələrə münasibət bildirib
Malena Mard cəbhədə baş verən son hadisələrə münasibət bildirib3-03-2017, 12:34. Yazar: admin |
"Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir”. Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən qarşıdurmalara münasibət bildirərkən deyib. Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo davamlı deyil. "Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir və səfəri zamanı münaqişənin nizamlanması məsələsi müzakirə olunacaq”, - deyə M.Mard qeyd edib. AİA.az Geri dön |