Ana Sayfa > Özəl > Brüssel polisi YPG/SDG terror təşkilatının tərəfdarlarına qarşı sərt müdaxilə edib
Brüssel polisi YPG/SDG terror təşkilatının tərəfdarlarına qarşı sərt müdaxilə edibBu gün, 19:04. Yazar: sevinc1 |
|
Belçikanın paytaxtı Brüsseldə iğtişaşlar törədən bir qrup YPG/SDG terror təşkilatı tərəfdarı polisin sərt reaksiyası ilə üzləşib. Terror təşkilatı ilə əlaqəli bir qrup səhər saatlarında Avropa Parlamentinin (AP) binasının qarşısında toplaşıb. Terror təşkilatını simvolizə edən pankartlar daşıyan YPG/SDG tərəfdarları qrupu dəstəkləyən şüarlar səsləndiriblər. Bir müddət sonra iğtişaşlar yaratmağa başlayan qrup polis müdaxiləsi ilə üzləşib. Polis terror təşkilatının tərəfdarlarını dağıtmaq üçün göz yaşartıcı qaz və su şırnaqlarından istifadə edib. Nümayişdən sonra qrup sabah Avropa Birliyi zirvəsinə ev sahibliyi edəcək Aİ Şurası binasının yerləşdiyi Şuman meydanına doğru yürüş edib. Qrup, ardınca polis, Aİ Xarici İşlər binasının qarşısında bir müddət gözləyib, şüarlar səsləndirib və sonra dağılıb. Nümayiş zamanı vertolyotlar, iğtişaşların qarşısının alınması üçün maşınlar (TOMA) və çoxsaylı polis maşınları da daxil olmaqla görülən təhlükəsizlik tədbirləri diqqətəlayiq olub. aia.az Tərcümə şöbəsi Geri dön |