Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Dövlət başçısının regional sabitliklə bağlı fikirləri Azərbaycanın məsuliyyətli və uzaqgörən siyasətinin göstəricisidir”

Azər Kərimli: “Dövlət başçısının regional sabitliklə bağlı fikirləri Azərbaycanın məsuliyyətli və uzaqgörən siyasətinin göstəricisidir”


Bu gün, 11:17. Yazar: azer
Azər Kərimli: “Dövlət başçısının regional sabitliklə bağlı fikirləri Azərbaycanın məsuliyyətli və uzaqgörən siyasətinin göstəricisidir”

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi yeni fikirlər müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqeyi, regional sülhə verdiyi töhfəni və müstəqil siyasi xəttinin mahiyyətini dolğun şəkildə əks etdirir. Dövlət başçısının açıqlamaları bir daha göstərir ki, Azərbaycan dəyişən qlobal reallıqları düzgün qiymətləndirən və bu reallıqlar fonunda milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili Prezident İlham Əliyevin vurğuladığı vacib məqamlardan birinin məhz beynəlxalq münasibətlərin yeni mərhələyə qədəm qoyması ilə bağlı olduğunu diqqət mərkəzinə çəkib: “Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, bu gün dünyada klassik hüquqi mexanizmlərin yerini getdikcə daha çox “güc qaydası” tutmaqdadır. Lakin bu mürəkkəb şəraitdə belə, Azərbaycanın həyata keçirdiyi bütün siyasi, hərbi və diplomatik addımlar beynəlxalq hüquqa və ümumi dəyərlərə tam uyğun olub. Suverenliyin və ərazi bütövlüyünün bərpası da məhz bu prinsipial yanaşmanın nəticəsi kimi dəyərləndirilir. Məhz bu yanaşma da Azərbaycanın haqlı mövqeyinin beynəlxalq müstəvidə qəbul olunmasının əsas səbəblərindən biridir. Müsahibədə Cənubi Qafqazda yaranmış yeni vəziyyətə dair səsləndirilən fikirlər xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd edir ki, region artıq yeni inkişaf mərhələsinə daxil olub və son aylarda mövcud olan sülh mühiti tarixən nadir bir fürsət yaradır. Azərbaycanın müstəqillik tarixində ilk dəfə uzunmüddətli sülh şəraitinə qədəm qoyması təkcə siyasi yox, həm də psixoloji və sosial baxımdan mühüm hadisədir. Bu sülh mühiti region xalqları üçün davamlı inkişaf, iqtisadi tərəqqi və etimadın bərpası baxımından unikal imkanlar açır. Dövlət başçısının regional sabitliklə bağlı fikirləri Azərbaycanın məsuliyyətli və uzaqgörən siyasətinin göstəricisidir. Cənab Prezident qonşu regionlarda, o cümlədən İranda baş verən qeyri-sabit proseslərdən narahatlığını ifadə etməklə, sabitliyin və proqnozlaşdırılan mühitin nə qədər vacib olduğunu vurğulayır. Azərbaycan işğal və müharibənin ağır nəticələrini yaşamış bir ölkə kimi sülhün əsl dəyərini dərindən dərk edir. Minlərlə insan itkisi vermiş xalq üçün sülh və təhlükəsizlik istənilən uğurun və inkişafın əsas şərti kimi təqdim olunur. Enerji məsələləri Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutur. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının sürətlə genişlənməsi Azərbaycanın qlobal enerji xəritəsində artan rolunu nümayiş etdirir. Bu gün Azərbaycanın 16 ölkəyə təbii qaz ixrac etməsi və onların 10-nun Avropa İttifaqına üzv olması ölkəmizin etibarlı tərəfdaş statusunu təsdiqləyir. Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycanın dünyada birinci yerdə qərarlaşması strateji baxımdan olduqca mühüm göstəricidir və Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da gücləndirir. Cənab Prezidentin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlər isə Azərbaycanın müstəqil siyasətə sadiqliyini bir daha açıq şəkildə ortaya qoyur. Qərəzli yanaşmalara artıq reaksiya verilməməsi rəsmi Bakının emosional deyil, praqmatik və özünəinamlı siyasət yürütdüyünü göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, bu tənqidlərin arxasında Azərbaycanın müstəqil qərarlarını qəbul edə bilməyən müəyyən lobbi qruplarının maraqları dayanır. Azərbaycan isə öz yolunu, milli maraqlara əsaslanan strateji xəttini dəyişmədən davam etdirir. Beləliklə, Prezident İlham Əliyevin Davos müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş və regional sülhün əsas təminatçılarından biri olduğunu bir daha təsdiqləyir. Müstəqil siyasət, sülhə sadiqlik və strateji baxış bu gün Azərbaycanın beynəlxalq nüfuzunun əsas dayaqlarını təşkil edir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön