Ana Sayfa > Ölkə > Qusarda 20 Yanvar faciəsinin şəhidləri ehtiramla yad edilib

Qusarda 20 Yanvar faciəsinin şəhidləri ehtiramla yad edilib


Bu gün, 14:44. Yazar: azer
Qusarda 20 Yanvar faciəsinin şəhidləri ehtiramla yad edilib

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından Qusarda yerləşən Şəhidlər xiyabanını ziyarət edərək önünə gül dəstələri düzüb, şəhidləri hörmət və ehtiramla yad ediblər.

Qusar Dövlət Ləzgi Dram Teatrında 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş olunub.

Saat 12:00-da 20 Yanvar Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Geri dön