Ana Sayfa > İdman / Karusel > Azərbaycanda futbolçular arasında KÜTLƏVİ DAVA
Azərbaycanda futbolçular arasında KÜTLƏVİ DAVA2-03-2017, 17:50. Yazar: admin |
Azərbaycan çempionatının 17 yaşadək futbolçuları arasında "Zirə" - "Neftçi" matçında dava düşüb. AİA.Az report-a istinadən xəbər verir ki, kütləvi insidentin səbəbkarları "Zidə"dən Ramil Məmmədbağırov, "Neftçi"dən isə Mehman Mənsimov olub. Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. "Zirə" və "Neftçi" klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir. Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Zirə"nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq. AİA.az Geri dön |