Ana Sayfa > Siyasət > Avropa Parlamenti üzvlərinə çağırış: "Diqqətli olun!"

Avropa Parlamenti üzvlərinə çağırış: "Diqqətli olun!"


2-03-2017, 17:37. Yazar: admin
Avropa Parlamenti üzvlərinə çağırış: "Diqqətli olun!"

Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində Avropa Parlamentinin (AP) nümayəndə heyətinin rəhbəri Səyyad Kərim parlament üzvlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar bəyanatla çıxış edib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, "Cənubi Qafqazda sabitlik və uzunmüddətli siyasi həllin əldə edilməsinə yardımçı olmalıyıq" deyən S.Kərim Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etmiş və öz davranışları ilə "müstəqilliyini elan etmiş" qondarma quruma dəstəyini ifadə etmiş Avropa Parlamentinin üzvləri Eleni Teoxarous, Frank Engel və Yaromir Stetinaya qarşı Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq həbs qərarı elan edildiyini bildirib.

Daha sonra o, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış qondarma rejimin təşkil etdiyi "referendum"un izlənilməsi üçün AP tərəfindən heç bir rəsmi müşahidəçilər missiyasının göndərilmədiyini qeyd edib, bu mövqenin əksinə yaradılmış təəssüratın isə tamamilə əsassız olduğunu əlavə edib.

Bəyanatda Avropa Parlamenti üzvlərinin səfər üçün ərazi seçimi və şəxsi inanclarının təşviqində sərbəst olmasına baxmayaraq, onların atəşkəs rejiminin həssaslığına və münaqişə üzrə danışıqlar yolu ilə siyasi həllin əldə edilməsinə dəstəyin vacibliyinə də məsuliyyətlə diqqət yetirməli olduğu vurğulanır.

Həmçinin, bəyanatda çəkilən Avropa Parlamenti üzvlərinin fərdi səfərlərinə diqqətlə yanaşılmasının vacibliyi qeyd olunur.

AİA.az
Geri dön