Ana Sayfa > Dünya > İranlı diplomat istefa verdi, bu ölkədən sığınacaq istədi
İranlı diplomat istefa verdi, bu ölkədən sığınacaq istədiBu gün, 12:44. Yazar: sevinc1 |
![]() İranda artan siyasi etirazlar fonunda BMT-nin Cenevrədəki Avropa qərargahında çalışan yüksək vəzifəli iranlı diplomat Əlirza Ceyrani Hokmabad istefa verib. aia.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb. O, daha sonra ailəsi və özü üçün İsveçrədən sığınacaq istəyib. Əlirza Ceyrani Cenevrədəki BMT-nin Avropa Qərargahında İslam Respublikasının baş diplomatı vəzifəsində çalışıb, eyni zamanda İranın bir sıra beynəlxalq təşkilatlarda daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb. Mənbələrə görə, bu qərar İrana qayıtmaq qorxusu, inqilabi vəziyyət kontekstində mümkün nəticələr və İslam Respublikasının süqut ehtimalı ilə bağlıdır. aia.az Geri dön |