Ana Sayfa > Ölkə > Sabah Bakı-Sumqayıt qatarı necə hərəkət edəcək?
Sabah Bakı-Sumqayıt qatarı necə hərəkət edəcək?Bu gün, 12:08. Yazar: sevinc1 |
![]() Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt-Bakı) qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək. aia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Xatırladaq ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar 21 yanvar tarixindən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək. Yeni qrafikə əsasən: -Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspres qatarlar Bakıxanovda da dayanacaq; -Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq. Şənbə və bazar günləri cədvəl dəyişməz qalacaq. aia.az Geri dön |