Ana Sayfa > Manşet / Gündəm > Azərbaycan Nəşriyyatı bu tarixdən istismarını dayandırır -
Azərbaycan Nəşriyyatı bu tarixdən istismarını dayandırır -16-01-2026, 11:37. Yazar: sevinc1 |
![]() "Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb. aia.az-ın məlumatına görə, MMC-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib. Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb. Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil. Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir: "Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib". Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb. aia.az Geri dön |