Ana Sayfa > Ölkə > Yük maşını ilə motosiklet toqquşdu -
Yük maşını ilə motosiklet toqquşdu -16-01-2026, 10:08. Yazar: sevinc1 |
![]() Pirşağıda yük maşını ilə motosiklet toqquşub. aia.az-ın məlumatına görə, 20.10.2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi “Haojue HJ150-6” markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə “Hyundai HD-65” markalı yük avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. aia.az Geri dön |