Ana Sayfa > Siyasət > Ermənistan parlamenti boykot edildi

Ermənistan parlamenti boykot edildi


2-03-2017, 13:17. Yazar: admin
Ermənistan parlamenti boykot edildi

Ermənistan parlamentində növbəti iclasın keçirilməsi üçün lazım olan kvorum əldə olunmayıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, lazım olan 66 deputat əvəzinə iclasda 39 deputat qeydiyyatdan keçib.

Jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov faktı təsdiqləyib.

“Mən may ayının 31-nə qədər parlamentinin hazırkı heyətinin iclaslarının keçirilməsini istəyərdim. Lakin hazırda vəziyyət belədir. Kvorum yoxdur. Biz mövcud reallıqla barışmalıyıq. Əgər saat 15:00-ə qədər kvorum təmin olunsa biz işimiz davam etdirəcəyik. Lakin kvorum əldə olunmasa, yeni parlamentə seçkilərlə bağlı təşviqat kampaniyalarına hazırlaşmağa başlayacağıq”.

AİA.az
Geri dön