Ana Sayfa > Siyasət > Paşinyan:
Paşinyan:15-01-2026, 12:23. Yazar: sevinc1 |
![]() Ermənistan razılaşdırılmış çərçivədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır. aia.az-ın “Armenpress”ə istinadən məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. “Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivə daxilində biz hazırıq, istəkliyik və mütləq bu istiqamətdə, o cümlədən dəfələrlə danışdığımız prinsiplərə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi istiqamətində irəliləyəcəyik. Bizim əhval-ruhiyyəmiz belədir ki, burada da münaqişənin məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə keçməliyik”, - Paşinyan qeyd edib. aia.az Geri dön |