Ana Sayfa > Ölkə > Xeyli silah-sursat aşkarlandı
Xeyli silah-sursat aşkarlandı15-01-2026, 11:56. Yazar: sevinc1 |
![]() Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. aia.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. aia.az Geri dön |