Ana Sayfa > Cəmiyyət / Karusel / Seçilənlər-7 > Düşmənin təxribat qrupu MƏHV EDİLDİ

Düşmənin təxribat qrupu MƏHV EDİLDİ


2-03-2017, 12:40. Yazar: admin
Düşmənin təxribat qrupu MƏHV EDİLDİ

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

AİA.az
Geri dön