Ana Sayfa > Siyasət > Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığı müzakirə etdi
Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığı müzakirə etdi14-01-2026, 17:39. Yazar: sevinc1 |
![]() Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşərək strateji tərəfdaşlığı müzakirə edib. aia.az xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb. O qeyd edib ki, görüş çərçivəsində 2025-ci il nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığı daha da gücləndirmək üçün addımlar müzakirə edilib. "Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq", - Y.Qusev əlavə edib. aia.az Geri dön |