Ana Sayfa > Ölkə > Bakıda ana qızını bıçaqladı
Bakıda ana qızını bıçaqladı14-01-2026, 17:14. Yazar: sevinc1 |
![]() Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. aia.az xəbər verir ki, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Kazımova anası ilə mübahisə edib. Nəticədə S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları davam etdirilir. aia.az Geri dön |