Ana Sayfa > İdman > "Xankəndi" komandasının yeni baş məşqçisi o olacaq
"Xankəndi" komandasının yeni baş məşqçisi o olacaq14-01-2026, 12:56. Yazar: sevinc1 |
![]() Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi bəlli olub. Bu barədə aia.az-a klubdan məlumat verilib. Bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib. UEFA-nın "B" kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Çempionlar Liqasında təmsil edib. Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb. aia.az Geri dön |