Ana Sayfa > İqtisadiyyat > Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq
Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq14-01-2026, 11:43. Yazar: sevinc1 |
![]() Naxçıvan Muxtar Respublikasında dəmir yolu xətti boyunca 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur. Bu barədə aia.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib. Məlumata əsasən, uzunluğu 194,1 kilometr olan dəmir yolu boyunca həmçinin 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur. Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvanla birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək. aia.az Geri dön |