Ana Sayfa > Özəl > Bill Klinton və həyat yoldaşı Epşteyn istintaqı ilə bağlı Konqres qarşısında ifadə verməyəcəklər

Bill Klinton və həyat yoldaşı Epşteyn istintaqı ilə bağlı Konqres qarşısında ifadə verməyəcəklər


13-01-2026, 22:22. Yazar: sevinc1
Bill Klinton və həyat yoldaşı Epşteyn istintaqı ilə bağlı Konqres qarşısında ifadə verməyəcəklər

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq mühakimə olunarkən həbsxanada ölən milyarder Ceffri Epşteynin işi ilə bağlı Konqresin araşdırmasında ifadə verməyəcəklərini açıqlayıblar.
Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən göndərilən çağırış vərəqəsini "həbsxanaya göndərmək məqsədi daşıyan sənəd" kimi xarakterizə edən Klintonlar ifadə vermək üçün gəlməyəcəklərini açıqladılar.

Bill və Hillari Klinton Respublikaçı qanunvericilərin onlara qarşı "Konqresə hörmətsizlik məhkəməsi" hazırladığını nəzərə alaraq, Respublikaçıların nəzarətində olan komitənin hərəkətlərinin hüquqi cəhətdən etibarsız olduğunu iddia etdilər.

Komitə sədri, respublikaçı Ceyms Komer, Klintonların məhkəməyə gəlməkdən imtina etməsinə baxmayaraq, Konqresə hörmətsizlik ittihamları irəli sürməyə hazırlaşdıqlarını bildirdi.
Ən kiçiyi 14 yaşından 18 yaşadək onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

Epşteynin iş sənədlərində Şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovitz və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur şəxslərin adları açıqlanıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhur adların yer aldığı "müştəri siyahısı"na dair heç bir dəlil tapmadıqlarını açıqlayıb və hökumət rəsmilərinin, məşhurların və iş adamlarının cinayətlərində iştirak etdiyi üçün ört-basdır məqsədilə öldürüldüyü iddia edilən Epşteynin əslində kamerasında intihar etdiyi qənaətinə gəlib.

aia.az
Tərcümə şöbəsi
Geri dön