Ana Sayfa > Özəl > İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben-Qvir Əl-Əqsa məscidinə basqın edib
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben-Qvir Əl-Əqsa məscidinə basqın edib13-01-2026, 21:46. Yazar: sevinc1 |
|
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə növbəti dəfə basqın edib.Qüds İslam Vəqf İdarəsinin yazılı açıqlamasında Ben-Qvirin bu gün İsrail polisinin himayəsi altında Əl-Əqsa məscidinə basqın etdiyi bildirilib. 2023-cü ildə Benyamin Netanyahunun yaratdığı koalisiya hökumətinin üzvü olan Ben-Qvir nazir olduğu müddətdə Əl-Əqsaya 14 təxribatçı basqın təşkil edib. İsrailin ifrat sağçı lideri Ben-Qvir, İslam ölkələrinin və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, işğal olunmuş Fələstin ərazilərində təxribatçı hərəkətlərini davam etdirir. 2003-cü ildən bəri İsrail polisi, Qüds İslam Vəqf İdarəsinin müqavimətinə baxmayaraq, Fələstin torpaqlarını qəsb edən israillilərə Əl-Əqsa məscidinə basqın etməyə icazə verib. Fələstinlilər bildirirlər ki, İsrail Əl-Əqsa məscidi də daxil olmaqla, Şərqi Qüdsü yəhudiləşdirmək və onun ərəb və İslam kimliyini aradan qaldırmaq məqsədi ilə qanun pozuntularını gücləndirir. aia.az Tərcümə şöbəsi Geri dön |