Ana Sayfa > Ölkə > Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi13-01-2026, 16:23. Yazar: sevinc1 |
![]() Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Bu barədə aia.az-a agentlikdən məlumat verilib. Xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır. aia.az Geri dön |