Ana Sayfa > Gündəm > Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ

Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ


2-03-2017, 10:53. Yazar: admin
Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ

Səhər saatlarında Bakının mərkəzində - Yusif Səfərov küçəsində böyük tıxac yaranıb.
Tıxacın səbəbi yolun genişləndirilməsi ilə əlaqədar son günlər aparılan təmir işləridir.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ərazidə aparılan qazıntı işləri Y.Səfərov küçəsinin genişləndirilməsi ilə bağlıdır:
"Küçədə aparılan yenidən qurulma işləri çərçivəsində yolun ayırıcı zolağı kiçildilir. Ayırıcı zolaq 4 metrdən 2 metrə endirilir. Qazıntı işləri bir hərəkət zolağı üzrə aparılır. Yolun digər 5 zolağı boşdur. Həmin ərazidə pik saatlarda sıxlıq müşahidə olunur".(Trend)

AİA.az
Geri dön