Ana Sayfa > Təhsil > Yerdəyişmə ilə bağlı sənədlərin təqdim edilməsi bu gün başa çatır
Yerdəyişmə ilə bağlı sənədlərin təqdim edilməsi bu gün başa çatırBu gün, 10:11. Yazar: sevinc1 |
![]() 13 yanvar 2026-cı il saat 15:00-a qədər şagirdlərin elektron yerdəyişməsi ilə bağlı təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Bu barədə aia.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək. Qeyd edək ki, 8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. aia.az Geri dön |