Ana Sayfa > Qərbi Azərbaycan > DİQQƏT! Kökəlmə xərçəng riskini artırır

DİQQƏT! Kökəlmə xərçəng riskini artırır


2-03-2017, 10:24. Yazar: admin
DİQQƏT! Kökəlmə xərçəng riskini artırır

Bir qrup avropalı mütəxəssis kökəlmənin xərçəng riskini artırdığını təsdiq edən yeni faktlar aşkar edib.

Trend-in məlumatına görə, mütəxəssislər bu qənaətə xərçəngin yaranması ilə bağlı iki yüzdən çox elmi işin tədqiq olunmasından sonra gəlib. Bu elmi işlər on minə yaxın adam üzərində aparılan yoxlamalardan sonra yazılıb.

Mütəxəssislərdən birinin fikrincə, xərçəngin 9 formasının hər birinə yüngül və ya ağır dərəcədə kökəlmədən əziyyət çəkən insanlarda daha çox rast gəlinib.

Alimlər qeyd edirlər ki, bu faktlar gələcəkdə həkimlərə kökəlmə ilə xərçəng arasında birbaşa əlaqənin mümkünlüyünü diqqətdə saxlamağa imkan verəcək.

AİA.az
Geri dön