Ana Sayfa > Gündəm / Karusel > Elektrik enerjisinin qiymətilə bağlı açıqlama
Elektrik enerjisinin qiymətilə bağlı açıqlama2-03-2017, 10:13. Yazar: admin |
Azərenerji ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir. Bu barədə "Standard&Poor`s Global Ratings" (S&P) yaydığı məlumatda deyilir. "2016-cı ilin dekabrında Azərenerji ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik", - agentliyin mütəxəssisləri bildirib. S&P qeyd edib ki, sonuncu tarif artımı Azərenerji ASC-nin maliyyə nəticələrinə təsir etməyib: "Bizim proqnozlarımıza əsasən, şirkətin əməliyyat fəaliyyəti gəlirli olacaq. Buna baxmayaraq, ümumilikdə şirkət zərərlə fəaliyyət göstərməyə davam edəcək". AİA.az Geri dön |