Ana Sayfa > Gündəm > Elşad Miraləmə yeni vəzifə verildi
Elşad Miraləmə yeni vəzifə verildi10-01-2026, 11:21. Yazar: azer |
![]() Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub. aia.az xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib. İxtisasca jurnalist olan Elşad Miraləm 2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub. Məlumat üçün bildirək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi. Geri dön |