Ana Sayfa > Ölkə > Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub
Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub10-01-2026, 10:23. Yazar: azer |
![]() Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az bildirilib ki, tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib. Geri dön |