Ana Sayfa > Siyasət > Regional və qlobal əhəmiyyət daşıyan hadisə
Regional və qlobal əhəmiyyət daşıyan hadisə9-01-2026, 15:10. Yazar: azer |
![]() Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Çin üçün bu regionda Azərbaycan prioritet tərəfdaşdır. 2024-cü ildə ölkələrimiz arasında Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu gün Çin ilə əmtəə dövriyyəsi 4 milyard dolları keçib. Çin şirkətləri Azərbaycana fəal şəkildə investisiya qoymağa başlayıb. Nəqliyyat sektorunda da fəal əməkdaşlığmız var. Saday Qasımov Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi Geri dön |