Ana Sayfa > Manşet / Dünya > Ermənistan Azərbaycandan neft məhsulları alacağını təsdiqləyib
Ermənistan Azərbaycandan neft məhsulları alacağını təsdiqləyib8-01-2026, 11:50. Yazar: sevinc1 |
![]() Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan ikinci partiya neft məhsullarının idxal ediləcəyini təsdiqləyib. aia.az "Armenpress"ə istinadən xəbər verir ki, yanvarın 8-də Ermənistana göndərilməsi planlaşdırılan partiyada 1000 ton Aİ92 benzini, 1000 ton dizel yanacağı və 1800 ton Aİ95 benzini olacaq. Qeyd edək ki, Azərbaycandan Ermənistana neft məhsullarının idxalı 2025-ci ilin sonunda başlayıb. Dekabrın 19-da Gürcüstan vasitəsilə göndərilən qatar "Ayrum" dəmir yolu stansiyasına çatmış və 1218 ton A95 benzini ilə yüklənmiş 22 vaqondan ibarət olub. aia.az Geri dön |