Ana Sayfa > Ölkə > Gəncədə QƏTL: Yeniyetmə tanışını
Gəncədə QƏTL: Yeniyetmə tanışını7-01-2026, 17:30. Yazar: sevinc1 |
![]() Bu gecə Gəncə şəhər Atatürk prospektində 17 yaşlı gənc tərəfindən öldürülən 2003-cü il təvəllüdlü Zamir Rzayevin fotosu yayılıb. aia.az Teleqraf-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs Daşkəsən rayon sakini olsa da Gəncənin Məhsəti qəsəbəsində yaşayıb. Hadisə gecə təxminən saat 3-00 radələrində qeydə alınıb. Tərəflər arasında mübahisə zamanı 17 yaşlı gənc Z. Rzyevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib. Sonuncu hadisədən bir neçə dəqiqə sonra qan itkisindən vəfat edib. *** 09:56 Gəncədə qətl hadisəsi baş verib. aia.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Z.Rzayev tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən 17 yaşlı Ö.Tağızadə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. aia.az Geri dön |