Ana Sayfa > İdman > Afrika Millətlər Kubokunda 1/4 final cütlükləri bəlli oldu
Afrika Millətlər Kubokunda 1/4 final cütlükləri bəlli oldu7-01-2026, 11:22. Yazar: sevinc1 |
![]() Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. aia.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında Əlcəzair millisi Konqo Demokratik Respublikası ilə qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib. Əsas vaxtı qolsuz başa çatan oyunun 119-cu dəqiqəsində fərqlənən Adil Bulbina Əlcəzair yığmasını 1/4 finala daşıyıb. Raundun son matçı isə Kot d`İvuar və Burkino Faso komandaları arasında baş tutub. Rəqibinə 3 cavabsız qolla qalib gələn birincilər növbəti mərhələyə adlayıblar. Qolları Amad Diallo, Yan Dyomande və Bazumana Ture vurublar. Daha əvvəl Seneqal, Mali, Mərakeş, Kamerun, Misir və Nigeriya komandaları adlarını 1/4 finala yazdırıblar. Bu raundda Mali Seneqalı, Kamerun Mərakeşi, Əlcəzair Nigeriyanı, Misir isə Kot d`İvuarı sınağa çəkəcək. Qarşılaşmalar yanvarın 9-10-da keçiriləcək. Qeyd edək ki, Afrika Millətlər Kubokuna yanvarın 18-də yekun vurulacaq. aia.az Geri dön |