Ana Sayfa > Ölkə > Bakıda maşın yolda sərxoş vəziyyətdə uzanan gənci vurub öldürdü
Bakıda maşın yolda sərxoş vəziyyətdə uzanan gənci vurub öldürdü7-01-2026, 09:43. Yazar: sevinc1 |
![]() Sabunçu rayonunda maşın sərxoş kişini vurub. aia.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub. Kənan Əmirov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb. aia.az Geri dön |