Ana Sayfa > Ölkə > Bayram günlərində zəhərlənmələrlə bağlı 13 müraciət daxil olub
Bayram günlərində zəhərlənmələrlə bağlı 13 müraciət daxil olub5-01-2026, 10:08. Yazar: sevinc1 |
![]() Bayram tətili günlərində (31.12.2025-05.01.2026-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub. Bu barədə aia.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-ı isə sirkə turşusundan zəhərlənən şəxslərdir. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar. Ölüm faktı qeydə alınmayıb. aia.az Geri dön |